Rusiya Zelenskinin doğma şəhərini vurdu

media-hightechnic-468x90

Martın 5-i axşam saatlarında Rusiya ordusu Ukraynanın Krivoy Roq şəhərinə raket zərbələri endirib.

Yenicag.az xəbər verir ki, bu barədə şəhərin Müdafiə Şurasının sədri Aleksandr Vilkul məlumat yayıb.

Onun sözlərinə görə, raketlərdən biri otelə düşüb. Nəticədə 3 nəfər ölüb, 31 nəfər isə yaralanıb. Dağıntılar altında qalanların olduğu bildirilir.

Dnepropetrovsk Vilayət Administrasiyasının rəhbəri Sergey Lisak isə bildirib ki, raket hücumu nəticəsində otellə yanaşı 14 çoxmərtəbəli mənzil, poçt şöbəsi, mədəniyyət idarəsi, 12 mağaza və 20-yə yaxın avtomobilə ziyan dəyib.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski Krivoy Roq şəhərində anadan olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600