Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Rusiyada dəhşətli hadisə - 2 azyaşlı yanaraq öldü

Yaşayış evində baş verən yanğın azyaşlıların ölümü ilə nəticələnib.

Yenicag.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiyanın Çelyabinsk vilayətində dünən axşam saatlarında qeydə alınan yanğın zamanı evdə 3 azyaşlı olub.

Məlumata görə, 8 yaşlı qız 3 və 5 yaşındakı qardaşlarını evdən çıxarmağa çalışsa da, onları tapmaqda çətinlik çəkib. Bu zaman evdən çıxaraq qonşuları köməyə çağırıb. Daha sonra yanğın söndürmə məntəqəsinə yanğın barədə məlumat verilib.

Hadisə yerinə gələn yanğınsöndürmə briqadası yanğından qorxaraq  şkafda gizlənən uşaqların meyitini aşkarlayıb.

Yanğın baş verən zaman uşaqların valideynləri işdə olub.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

2411
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100