Şiddətli döyüşlər SƏNGİMƏK BİLMİR – Son durum AÇIQLANDI

media-hightechnic-468x90

“Ukraynanın Xerson vilayətində, Dnepr istiqamətində Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrini Antonivski körpüləri ətrafından geri çəkilməyə məcbur etməyə və Dnepr çayının delta hissəsindəki adaları ələ keçirməyə çalışır”.

Yenicag.az UNIAN-a istinadla xəbər verir ki, bu barədə Cənub istiqamətində Ukraynanın Müdafiə Qüvvələrinin nümayəndəsi Vladislav Voloşin məlumat verib.

media-voloshin

Onun sözlərinə görə, Rusiya Cənub cəbhəsində hərbi hava qüvvələrini gücləndirib və pilotsuz uçuş aparatları ilə zərbələrin sayını artırıb. Eyni zamanda, Rusiya ordusu Ukrayna müdafiəçilərinin mövqelərinə və döyüş təmas xəttinə yaxın yaşayış məntəqələrinə artilleriya atəşləri və hücum əməliyyatlarını davam etdirir.

Xüsusilə Dnepr istiqamətində Rusiya Silahlı Qüvvələri təkrar qruplaşma, logistika, təxliyə və kəşfiyyat əməliyyatları həyata keçirərək Dnepr adalarını nəzarətə götürməyə çalışır.

Voloşinin sözlərinə görə, Xerson vilayətində Rusiya ordusu bir neçə nöqtədə piyada qruplarının kiçik dəstələri ilə hücumlar həyata keçirmək üçün hücum qruplarını cəmləşdirib:

“Düşmən müdafiəçilərimizi Antonivski körpülərindən uzaqlaşdırmağa çalışır. Eyni zamanda, çayın delta hissəsindəki adalara, xüsusilə Zabıç, Nestriqan və Kozuliskin adalarına nəzarət qurmaq niyyətindədir. Rusiya burada körpülərdən birini ələ keçirib, daha sonra adadan adaya, boğazdan boğaza doğru desant əməliyyatları ilə sağ sahilə keçmək istəyir”, – deyə o bildirib.

Voloşin əlavə edib ki, indiyədək bütün bu cəhdlər uğursuzluqla nəticələnib.

Novopavlovsk istiqamətində də vəziyyət gərgin olaraq qalır. Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə və yaşayış məntəqələrinə, o cümlədən idarə olunan aviazərbələrlə hücumlar təşkil edir. Son 24 saat ərzində Ukrayna Müdafiə Qüvvələri Novopil, Bohatir, Svobodnıe Pole, Novoselivka və Zelenıe Polye yaxınlığında 14 hücumu dəf edib.

Eyni zamanda, Qulyay-Polye istiqamətində Rusiya ordusu hava hücumları ilə müşayiət olunan genişmiqyaslı hücumlara başlayıb. Krasnoye bölgəsində də yeni hücum cəhdləri qeydə alınıb.

Orxevo istiqamətində vəziyyət xüsusilə ağır olaraq qalır. Burada Rusiya hava qüvvələrindən və pilotsuz aparatlardan istifadə edir. Ukrayna hərbçiləri Novoandriivka və Novodanilivka ərazisində iki hücumu dəf edib.

Bu bölgələrdə Rusiya ordusu 7 nəfərə qədər şəxsdən ibarət kiçik piyada qruplarından ibarət hücum taktikasına üstünlük verir.

Rafi Müslümov

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600