Özbək politoloqdan MARAQLI TƏHLİL: "Rusiya Azərbaycanın presedent yaradacağından narahatdır"

media-hightechnic-468x90

“Azərbaycan lideri İlham Əliyev özü diplomatiya sahəsindən gəlir və beynəlxalq əlaqələri çox gözəl bilir”.

Yenicag.az xəbər verir ki, bunu Azərbyacanla Rusiya arasındakı son zamanlarda yaşanan hadisələr barədə danışan özbək politoloq Cahangir Əhmədov Kun.uz saytına açıqlamasında deyib.media-720__5_pgqudrx4pevvj5ehh0bi1cpw7qlzhj

Rusiya ilə Azərbaycan arasında münasibətlərin son illərdə çox mürəkkəb dövrə qədəm qoyduğunu bildirən politoloq Azərbaycanın yaşanan hadisəlrə reaksiyasını açıq şəkildə ifadə etdiyinə diqqət çəkib:

“Rusiya isə bunu qəbul edə bilməz, çünki ruslar həmişə keçmiş sovet dövlətləri arasında özlərini hegemon hesab ediblər. Onu da qeyd edək ki, Azərbaycan lideri İlham Əliyev özü diplomatiya sahəsindən gəlir və beynəlxalq əlaqələri çox gözəl bilir. Ona görə də kiçik imkanlardan maksimum yararlanmağa çalışır və bununla maraqlanır”.

Cahangir Əhmədovun sözlərinə görə, Rusiya Azərbaycanın bərabərhüquqlu siyasi xəttinin presedent yarada biləcəyindən narahatdır:

“Məsələn, Qarabağı ölkəyə qaytardıqdan və bütün Azərbaycanın suverenliyini bərpa etdikdən sonra Qərb dövlətləri ilə neft-qaz sahəsində böyük əməkdaşlıq müqavilələri imzaladı. Azərbaycandan keçən Transxəzər marşrutu ilə enerjinin Mərkəzi Asiyadan Qərbə ötürülməsinə dair sazişlər imzalanıb. Belə hallar Bakıya Moskvanı bərabərhüquqlu münasibətlərə doğru sövq etmək üçün əlverişli imkan yaradıb.

Rusiya isə Azərbaycanın bərabərliyə ictimai səy göstərməsinin presedent yarada biləcəyindən narahatdır. Bu narahatlıq Azərbaycan rəhbərinin mayın 9-da Moskvada keçirilən paradda iştirakdan imtina etməsi, Rusiyanın “yumşaq gücü” olan “Rusiya evi”ni bağlaması, mətbuatda anti-Rusiya fikirlərini sərbəst ifadə etməsi – bütün bunların digər MDB ölkələri, o cümlədən Mərkəzi Asiya ölkələri üçün nümunə ola biləcəyi ilə bağlıdır. Rusiya bunun qarşısını almağa çalışır”.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600