Rusiyada hərbi komissarlığın binası yandırıldı

media-hightechnic-468x90

Rusiyanın Novosibirsk vilayətinin Berdsk şəhərində naməlum şəxs hərbi komissarlığın binasını yandırıb.

Yenicag.az Rusiya mətbuatına istinadən xəbər verir ki, yerli polis bölməsi məlumatı təsdiqləyib.

Hadisə zamanı hərbi komissarlığın binasında gözətçi olub. Yanğın nəticəsində xəsarət alan olmasa da, binanın çıxış qapısı yararsız vəziyyətə düşüb.

Yanğını törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa