Rusiyada hərbi xidmətə çağırış yaşında dəyişiklik edilir
Rusiya Dövlət Duması iyulun 25-də yaz sessiyasının plenar iclasında hərbi xidmətə çağırış yaşının artırılması haqqında qanun layihəsinə ikinci, əsas oxunuşda baxa bilər.
Yenicag.az xəbər verir ki, söhbət Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolovun başçılıq etdiyi bir qrup deputatın mart ayında palataya təqdim etdiyi qanun layihəsindən gedir.