!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyada polis basqınlarında tutulan 700 əcnəbi müharibəyə aparıldı

!Reklam – Yazi

Rusiyada viza rejimi olan ölkələrdən gələn miqrantlara verilən iş icazələrinin sayı 2024-cü ilin ilk doqquz ayında 2023-cü ilin eyni dövrü ilə müqayisədə 41% artaraq 120,2 minə çatıb.

Yenicag.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumatda qeyd edilir ki, icazə sənədlərinin 34,9 mini yüksək ixtisaslı mütəxəssislər üçün olub. Söhbət Rusiyanın viza rejimi tətbiq etdiyi dövlətlərdən, o cümlədən Çin, ABŞ və Almaniya kimi ölkələrdən olan miqrantlardan gedir. Xarici vətəndaşlara ölkədə işləmək üçün patentlə birlikdə iş icazəsi verilir. Üstəlik, belə bir sənədi verməzdən əvvəl şirkət əvvəlcə işçini işə götürmək üçün icazə almalıdır.

Daxili İşlər Nazirliyi onu da qeyd edib ki, 2024-cü ilin doqquz ayında patentlərin verilməsi 1,7 milyondan 1,6 milyona qədər azalıb. Azərbaycan, Tacikistan və Özbəkistan kimi daxil olmaq üçün viza tələb olunmayan ölkələrin vətəndaşları üçün patent tələb olunur.

Qeyd edək ki, 2024-cü ilin doqquz ayı ərzində Mərkəzi Hərbi Dairədə on mindən çox miqrant hərbi qeydiyyata alınıb, onlardan 2500-ü Sverdlovsk vilayətindədir. Ümumilikdə, il ərzində Rusiya Qvardiyası, Daxili İşlər Nazirliyi, Federal Miqrasiya Xidməti və digər idarələrin əməkdaşlarının iştirakı ilə 300-dən çox basqın həyata keçirilib. Hazırda basqına tuutlan və Rusiya vətəndaşlığını qəbul etmiş 700-ə yaxın xarici ölkə vətəndaşı orduda xidmət etmək niyyətini bildirib və qoşun sıralarına qoşulub./Qaynarinfo

COP29

www.yenicag.az

93
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv