Rusiyada şaxta partladı – 6 ölü, 5 yaralı
Rusiyanın Vorkuta şəhərində yerləşən “Severnaya” şaxtasında baş verən partlayış nəticəsində 6 nəfər ölüb, 5 nəfər yaralanıb.
Ölənlərin 5 nəfəri xilasedici, biri isə mədən işçisidir. Onların hamısı Komi Respublikasının sakinləridir.
Operativ qərargahdakı mənbə partlayışın yerin 748 metr dərinliyində meydana gəldiyini bildirib.
Rusiya FHN-nin nümayəndəsinin verdiyi məlumata görə, hazırda şaxtada yeni partlayış ehtimalı yüksəkdir və bütün işlər dayandırılıb.
Qeyd edək ki, şaxtada birinci qəza fevralın 25-də 748 metr dərinlikdə baş verib. Uçqun zamanı şaxtada 110 nəfər olub, onlardan 80 nəfəri şaxtadan çıxarmaq mümkün olub, 26 nəfərin taleyi məlum deyil.(Azvision)