Bu gün Rusiya Federasiyasında prezident seçkiləri baş tutub.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, anket nəticələrinə görə, Vladimir Putin yenidən xalqın əksəriyyətinin səsini qazanmağa nail olub. Səsvermə nəticələri rəsmi elan olunmasa da, seçicilərin 73,9%-nin Putinə etimad etdiyi bildirilir.
İkinci yerdə isə 11,2%-lə Kommunist Partiyasının namizədi Qrudin, 3-cü yerdə isə 6,7%-lə Jirinovski qərarlaşıb. Qadın namizəd, jurnalist Sobçak isə cəmi 2,5% səs toplayıb. Qeyd edək ki, hələlik səslərin hamısı sayılmayıb.
www.yenicag.az