Rusiyada yanacaq daşıyan qatar yanır

media-hightechnic-468x90

Smolensk vilayətində yanacaq daşıyan 18 vaqon yük maşını ilə toqquşaraq relsdən çıxıb.

Yenicag.az xəbər verir ki, bu barədə Moskva Dəmir Yolları məlumat yayıb.

“Bu gün səhər saat 7:26-da Moskva dəmir yolunun Rudnya və Qolinki stansiyaları arasında yük maşını sürücüsü yaxınlaşan yük qatarının qarşısındakı dəmir yolu keçidinə çıxıb. Hadisə nəticəsində benzin daşıyan 18 vaqon relsdən çıxıb və yük yanıb. Lokomotiv heyəti xəsarət alıb, maşinist və köməkçisi orta-ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisənin nəticələrinin aradan qaldırılması üçün üç yanğınsöndürən maşın və dörd bərpa qatarı göndərilib”, – məlumatda deyilib./axar.az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa