Rusiyada yol qəzasında dörd nəfər ölüb, xəsarət alanlar var
Rusiyanın Orenburq vilayətində magistral yolda iki nəqliyyat vasitəsinin toqquşması nəticəsində dörd nəfər ölüb.
Yenicag.az-ın xəbərinə görə, bu barədə regional prokurorluq məlumat yayıb.
Məlumata görə, R-239 “Kazan – Orenburq – Akbulak” avtomobil yolunun (Qazaxıstan Respublikası ilə sərhəd) 451-ci kilometrliyində “Toyota” ilə “Mazda” toqquşub. Qəza nəticəsində daha iki nəfər xəsarət alıb.
Qeyd edilir ki, prokurorluq dörd nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı araşdırmaya başlayıb./Report













