Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Rusiyadan gələnlərin ayağının altına xalça sərirlər, Türkiyədən gələnlərə isə...” – Rəşid Mahmudovdan ETİRAZ

“Bütün bu baş verənlər Azərbaycan üçün təhlükəli tendensiyanın genişləndiyini göstərir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ölkədə son günlər cərəyan edən hadisələrə münasibət bildirən professor Rəşid Mahmudov deyib.

Professorun sözlərinə görə, Azərbaycan olduqca həssas və təhlükəli mərhələdən keçir:

“Bu olub-keçənləri çox narahatlıqla izləyirəm. Axı bu Ramiz Mehdiyev kimdir ki… Onu da, onun kimi Rusiyaya bağlı adamların kim olduqlarını, hansı məqsədə qulluq etdiklərini bilirik də…

Baxın, Azərbaycanın nazirləri Türkiyəyə getdi, oradan bütün dünyaya qardaşlıq, birlik görüntüləri verildi. Türkiyə ən açıq şəkildə bəyan etdi ki, Azərbaycana sona qədər dəstək verəcəyik. Türkiyənin qoşun hissələri Azərbaycana gəldi, birgə təlimlər keçirildi, dünya bu birgəliyimizi gördü.

Bundan bir neçə gün sonra rus gəmiləri Bakı limanına daxil oldular, o gəmilərin komandirlərinin ayağının altına xalça sərildi, rəqqaslar çıxarıldı… Necə olur ki, Rusiyadan gələnlərin ayağının altına xalça sərirlər, Türkiyədən gələnlərə isə o səviyyədə diqqət göstərilmir. Bütün bunlar nə deməkdir?

Açığı, mən ölkəmiz üçün çox narahatam. Bütün bu baş verənlər Azərbaycan üçün təhlükəli tendensiyanın genişləndiyini göstərir. Azərbaycan olduqca həssas və təhlükəli mərhələdən keçir. Azərbaycanln müstıqilliyinə, bütövlüyünə təhlükə yaradan halların qarşısı alınmalıdır. Əks halda, nəticə ağır olacaq”.

Aqil Bəkir

www.yenicag.az

3808