Rusiyadan idxal olunan şirniyyat yararsız çıxdı

media-hightechnic-468x90

Rusiyadan idxal olunmuş qənnadı məhsulunda kif-maya göbələklərinin miqdarının normadan artıq olduğu aşkarlanıb

AQTA-dan Yenicag.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində “Dalamana” MMC-nin Rusiya Federasiyasından idxal etdiyi (26.12.2022-26.06.2023-cü il istehsal və son istifadə tarixli) “Kf Elbrus-K” şirkətinin istehsalı olan, ümumi çəkisi 220 kq “Feydra” adlı şokoladlı konfet məhsuluna Agentliyin müfəttişləri tərəfindən keçirilən baxış zamanı götürülən nümunələrin müayinəsi nəticəsində məhsul partiyasında kif-maya göbələklərinin miqdarının normadan artıq olduğu aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq məhsulların məhv edilməsinə dair müvafiq qərar qəbul olunub, məhsul partiyası məhv edilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa