Rusiyadan Türkiyənin Azərbaycana əsgər göndərməsinə münasibət

media-hightechnic-468x90

Türkiyə Prezidentinin Azərbaycana türk əsgərlərinin göndərilməsi barədə fərmanı Türkiyə və Rusiyanın birgə monitorinq mərkəzinin işinin təmin olunmasına aiddir.

Yenicag.az-ın məlumatına görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib ki, Azərbaycanın ərazisində fəaliyyət göstərəcək mərkəzə türk hərbçilərini göndərmək lazımdır:

“Bu, Türkiyə qanunvericiliyi ilə nəzərdə tutulmuş daxili prosedurun icra olunması deməkdir və Türkiyənin daxili işidir. Amma Azərbaycan ərazisindəki birgə monitorinq mərkəzinin yaradılması isə Rusiya ilə Türkiyə arasında ikitərəfli razılaşmanın nəticəsidir”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa