Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA: Moskva dəstək verdi

media-hightechnic-468x90

Rusiya “Tramp marşrutu” (Zəngəzur dəhlizi) məsələsində Ermənistanı dəstəkləyir – əgər onun üçün faydalıdırsa.

Yenicag.az xəbər verir ki, bu sözləri Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.

“Biz bu məsələni nəzərdən keçiririk. Ermənistan bizim strateji müttəfiqimizdir. Əgər Ermənistan nəyinsə onlar üçün xeyirli olduğuna inanırsa, təbii ki, biz bunu dəstəkləyirik”, – Overçuk bildirib.

O, Rusiyanın Cənubi Qafqazda maraqlarına tam cavab verən sülh proseslərinə dəstək verdiyini vurğulayıb.

“Əlbəttə ki, açıq şəkildə əldə edilə bilən razılaşmalar çərçivəsində bəzi nüanslar yaranır ki, biz Ermənistan və Azərbaycan tərəfləri ilə birlikdə dəqiqləşdirməli olacağıq”, – Overçuk əlavə edib./Axar.az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa