Milyarder, iş adamı və NBCom Group-un təsisçisi Andrey Qodunov Xibinidə qar uçquna düşüb.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat verib. Bildirilir ki, Murmansk vilayətində Petrelius dağında Ramzai dərəsi yaxınlığında 48 yaşlı kişi meyiti tapılıb.
Andrey Qodunov və 54 yaşlı İqor Slonski qeydiyyatdan keçməyən turist qrupu ilə birlikdə qarda gedən maşına minərkən qar uçqunu altında qalıblar.
Qeyd edək ki, Andrey Qodunov Apple avadanlıqlarının satışı və servisi üzrə ixtisaslaşan NBCom Group şirkətinin təsisçisi olub.
Ümumilikdə Rusiyanın 12 şəhərində 50-dən çox şirkət mağazası var. İş adamının sərvəti təxminən 3,5 milyard rubl (təxm. 400 min dollar) qiymətləndirilirdi.
Xuraman Etibarlı
www.yenicag.az