“Rusiya bu imkandan öz qoşunlarının yenidən cəmləndirilməsi və gücləndirilməsi məqsədilə yararlanacaq”.
Yenicag.az xəbər verir ki, bu fikirləri Ukraynaya hərbi təcavüzünü davam etdirən Rusiya ilə atəşkəsə gedilməsinin əleyhinə çıxan Böyük Britaniyanın Baş naziri Rişi Sunak deyib.
Baş nazrin sözlərinə görə, Rusiya ilə atəşkəs sazişi imzalanarsa, Moskva bu müddətdən öz ordusunun güclənməsi üçün yararlanacaq:
“NATO əlavə hava hücumundan müdafiə sistemləri də daxil olmaqla, Ukraynaya hərbi yardımları artırmalıdır.
Eyni zamanda, dəqiq şəkildə anlamalıyıq ki, Rusiyanın atəşi birtərəfli qaydada dayandırmağa yönəlik çağırışları bizim kontekstimizdə tamamilə mənasızdır.
Rusiya bu imkandan mütləq öz qoşunlarının yenidən cəmləndirilməsi və gücləndirilməsi məqsədilə yararlanacaq. Ona görə də Rusiyanın atəşkəs çağırışına məhəl qoymamalıyıq.
Rusiya öz qoşunlarını Ukrayna ərazisindən tamamilə çıxarmayana qədər onunla heç bir real danışıq aparılmamalıdır”.
www.yenicag.az