Rusiyanın "boğucu" sanksiyaları qarşısında İrəvan: Ermənistanın xilas yolu nədən keçir?

media-hightechnic-468x90

“Bundan sonra Ermənistan üçün yeni müttəfiq tapmaq zəruridir”

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib.

Politoloq Rusiyanın Ermənistana qarşı tətbiq etdiyi sanksiyalar, İrəvanda keçiriləcək seçkilərə müdaxilə cəhdləri və ölkə üçün Moskvadan gələ biləcək digər təhdidlərin fonunda Ermənistanın yeni müttəfiq tapmağa ehtiyac duyduğunu diqqətə çatdırıb:

“Ermənistan Rusiyanın təhdid və iqtisadi təzyiqləri qarşısında emosional deyil, mərhələli və hesablanmış siyasət yürütməlidir. Moskvanın ərzaq idxalına məhdudiyyətlər qoyması, İrəvanın Qərbə inteqrasiya xəttinə qarşı siyasi təzyiqləri artırması və seçki prosesinə təsir imkanlarını qorumağa çalışması Ermənistan üçün ciddi risklər yaradır. Amma Ermənistanın dərhal Rusiya ilə bütün körpüləri yandırması da real siyasət baxımından təhlükəli ola bilər. Çünki ölkənin iqtisadiyyatı, enerji sektoru, əmək miqrasiyası və təhlükəsizlik sistemi uzun illər Rusiya ilə sıx bağlı olub. Ona görə seçkidən sonra İrəvanın əsas addımı Rusiyadan asılılığı azaltmaq, amma bunu kəskin qopuşla deyil, mərhələli diversifikasiya yolu ilə etmək olmalıdır”.

Z.Qarayeva bildirib ki, Ermənistanın növbəti müttəfiqi böyük dövlət ola bilər, amma bu müttəfiqlikdə həmin ölkədən asılı vəziyyətdə qalmamaq mühümdür:

“Ermənistan üçün yeni müttəfiq tapmaq zəruridir, lakin bu, bir asılılıqdan çıxıb başqa asılılığa düşmək formasında olmamalıdır. İrəvan Avropa İttifaqı, ABŞ, Fransa, Hindistan və regional tərəfdaşlarla əlaqələri genişləndirə bilər, amma eyni zamanda Rusiya ilə minimum kommunikasiya kanallarını açıq saxlamalıdır. Seçkidən sonra Ermənistan KTMT, Avrasiya İqtisadi İttifaqı və digər Rusiya yönümlü strukturlarla bağlı qərarları tələsik deyil, iqtisadi və təhlükəsizlik nəticələrini hesablayaraq verməlidir. Əsas məsələ ölkə daxilində siyasi legitimliyi qorumaq, seçkiyə xarici müdaxilələrin qarşısını almaq və xarici siyasəti daha balanslı xəttə keçirməkdir. Yəni Ermənistanın çıxış yolu təkcə “yeni müttəfiq” axtarmaq deyil, çoxvektorlu, riskləri bölüşdürən və Moskvanın təzyiq alətlərini tədricən zəiflədən strateji kurs qurmaqdır”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05