“Rusiyanın dəstək verdiyi terrorçular …”
“Rusiyanın maliyyələşdirdiyi və dəstək verdiyi bütün terrorçular məhv ediləcək”.
Bunu Ukrayna prezidenti səlahiyyətlərini icra edən, Ali Radanın sədri Aleksandr Turçinov deyib.
O bildirib ki, silahlı qüvvələr ölkənin şərqini separatçılardan azad edə biləcək: “Bütün günahkarlar cəzalanacaq. Mən əminəm ki, bizim hərbi qüvvələrimiz ölkəni terrorçulardan azad etmək işini uğurla davam etdirəcək. Bu gün Rusiyanın maliyyələşdirdiyi bütün cinayətkarlar məhv ediləcəklər və ya müttəhim kürsüsündə əyləşəcəklər”.
Qeyd edək ki, bu gün separatçıların ələ keçirdikiləri Donetsk vilayətinin Slavyansk şəhərində rusiyameyilli qüvvələr Ukrayna helikopterini vurublar. Hadisə zamanı Ukrayna Ordusunun generalı Kulçitski də daxil olmaqla 14 hərbçi öldürülüb.