Rusiyanın hərbi gəmiləri Azərbaycana gəlib

media-hightechnic-468x90

a51f34e14cca827a0a6951e6f0e6f9c9Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər Dəniz Donanmasının “Dağıstan” və “Qrad Sviyajsk” hərbi gəmiləri Azərbaycana gəlib.

Bu gün səhər saatlarında Bakı buxtasına daxil olan gəmilər Dövlət Bayrağı meydanı yaxınlığında, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin keçmiş bazasının ərazisində lövbər salıblar.

Gəmilərin qarşılanmasında Azərbaycan Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi iştirak edib.

Qeyd edək ki, səfər müddətində gəmilərin komandanlığı və şəxsi heyəti Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edəcək, Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanlığı tərəfindən qəbul olunacaq və Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbindəki tədris prosesi ilə tanış olacaqlar.

Gəmi heyətinin proqram çərçivəsində mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakı şəhərinə gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır.

Səfər oktyabrın 19-dək davam edəcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600