Rusiyanın keçmiş Baş naziri vəfat etdi

media-hightechnic-468x90

Nijni Novqorod Aviasiya Zavodunun keçmiş direktoru, 1990-1991-ci illərdə Rusiya Nazirlər Sovetinə rəhbərlik etmiş İvan Silayev 92 yaşında vəfat edib.

Yenicag.az xəbər verir ki, Rusiya Aviasiya Korporasiyası məlumat yayıb.

Silayev 1974-cü ildən keçmiş SSRİ Aviasiya Sənayesi Nazirliyinin aparatında işləyib, burada nazir müavini və SSRİ Aviasiya Sənayesi naziri vəzifələrində çalışıb. 1985-1990-cı illərdə SSRİ Nazirlər Soveti sədrinin müavini, 1990-1991-ci illərdə Rusiya Nazirlər Sovetinin sədri vəzifələrində işləyib.

O, təyyarə texnologiyası üzrə qabaqcıl mütəxəssis sayılırdı./Modern.az/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600