!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın Polşaya "raket hücumu": "Müharibələr zamanı belə hallar olur..." - ŞƏRH

!Reklam – Yazi

“Rusiyanın Polşanı qəsdən vurması inandırıcı deyil. Müharibələr zamanı belə hallar olur, hətta Qarabağ müharibələri zamanı da istər Azərbaycanın, istərsə də Ermənistanın atdığı mərmilər İran ərazisinə düşüb”.

Bunu Polşaya raket düşməsi və bu mövzu ətrafındakı manipulyasiyalara münasibət bildirən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında səsləndirib.

Tərlan Eyvazov bildirib ki, Rusiya bilərəkdən Polşanı vura bilməzdi, səsləndirilən versiyalar da bunu deməyə əsas verir:

“Polşa ərazisinə raketin düşməsi tam təsadüfi olan bir şeydir. Bu təkcə Polşanın başına gəlməyib. Müharibələr vaxtı bu cür halların olması normaldır. Həm birinci Qarabağ savaşında, həm də 44 günlük müharibə zamanı istər Azərbaycan ordusunun atdığı, istərsə də Ermənistanın atdığı mərmilər İran ərazisinə düşüb. İran da bu barədə dəfələrlə münasibət bildirib. Müharibələrdə bunlar olan şeydir.

Səhv etmirəmsə, 1998-ci ildə Ukraynanın özü polqonunda raket artileriya qoşunlarının təlimlərini keçirərkən raketlərdən biri İsraildən Rusiyaya üçan təyyarəyə dəymişdi. Bunu araşdırdılar və məlum oldu ki, təsadüfi haldır. Bu cür hallarla bağlı çoxlu sayda misallar çəkmək olar.

Hesab edirəm ki, Rusiya raketi qəsdən atmayıb. Hazırda qalıqların dəqiq analizi NATO mütəxəssislərinə imkan verir ki, raket hansı ölkəyə məxsusdur. Əslində, bunu deməməklərindəki səbəb müharibənin qızışmasına və dünya müharibəsinə səbəb ola bilər. Buna görə də bunu uzatmağa çalışacaqlar. Əgər bir məsələnin kökünə gedib çıxmaq istəmirsənsə, komissiya yarat. Bəziləri gülməli iddialar səsləndirir. Raketin qalıqlarına baxıb, onun harada istehsal olunduğunu və harsdan atıldığını asanlıqla təyin etmək olur.

Ukraynaya atılan raketlərin böyük hissəsi gün ərzində hava hücumundan müdafiə sistemləri tərəfindən vurulur. Raketlərin havada vurulması onun istiqamətini dəyişdirib, başqa bir əraziyə düşməsinə səbəb ola bilər. Birdən-birə 60 km səhv etmək olmaz. 44 günlük müharibə zamanı erməni tərəfi Kürdəmirdə yerləşən aeradromu vurmaq məqsədi ilə atdığı raket hava hücumundan müdafiə sistemlərimiz tərəfindən vuruldu və həmin raket trayektoryasını dəyişib başqa istiqamətə düşdü. Bunları bu şəkildə dəyərləndirib belə nəticəyə gəlmək olar ki, təsadüfi haldır”.

Səxavət Məmməd

www.yenicag.az

385
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv