!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın "qanun"i OYUNLARI: 3 uşaqlı azərbaycanlı qadını buna görə həbs etmək istəyirlər - İnanılmaz səbəb / VİDEO

!Reklam – Yazi

“Rusiyada 3 uşaq anası olan azərbaycanlı xanımı siyasi motivlə həbsə göndərirlər”.

Yenicag.az xəbər verir ki, bu barədə Azinform.az saytının təsisçisi Məhəmmədəli Qəribli məlumat verib.

O, bildirib ki, 3 uşaqlı qadına “Milli münasibətləri qızışdırma” maddəsi ilə ittiham verilib:

“Tovuz rayonundan olan Məmmədova Raya Sabir qızı Rusiyanın Surqut şəhərində yaşayır, 3 uşaq anasıdır.

Yaşadığı binanı sakinləri arasında yaradılan “WhastApp” qrupunda xanımın uşaqlarının və özünün milli mənsubiyyətini təhqir ediblər. Xanım da adekvat cavab verərək, rusları təhqir edib. Bunu danmır, əsəbi halda olduğu səbəbindən söylədiyini bildirir, hətta publik olaraq üzürhaqlıq da edib.

Ancaq Rusiyanın hüquq-mühafizə orqanları və media nümunələri bu məsələni şişirdərək, azərbaycanlı qadını həbsə göndərirlər. Ona “Milli münasibətləri qızışdırma” maddəsi ilə ittiham verilib və 6 aydır ki, istintaq və məhkəmə gedir”.

Məhəmməd Qəribli qeyd edib ki, vəkili Raya Məmmədovaya 4 il həbs cəzası veriləcəyini bildirib:

“Vəkili deyir ki, növbəti məhkəmə iclasında xanıma 4 il həbs cəzası nəzərdə tutulan hökm elan ediləcək.

Həmin maddədə pul cəriməsi, şərti cəza da nəzərdə tutulsa da, məhkəmə həbs qərarı verməkdə israrlıdır. Ancaq bildirirlər ki, bu qərar verilsə də, soydaşımızın himayəsində azyaşlı uşaq olduğu üçün 3 il sonra icraya yönəldiləcək. İstənilən halda, bunun adı həbsdir!”

www.yenicag.az

985
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv