Rusiyanın seçki sonrası Ermənistan planı: Təzyiqlər artacaq, yoxsa… – Politoloqdan AÇIQLAMA

media-hightechnic-468x90

“Seçkidən sonra da Rusiya Ermənistana qarşı siyasi və iqtisadi təzyiqlərini davam etdirəcək.”

 

Bunu Yenicag.az-a açıqlamasında politoloq Mürtəza Bünyadlı bildirib:

Politoloq Rusiya baş nazirinin müavini Aleksey Overçukun “Ermənistanla bağlı qərarın seçkidən sonra veriləcəyini” açıqlamasını şərh edib:

 

“Seçkidən sonra da Rusiya Ermənistana qarşı siyasi və iqtisadi təzyiqlərini davam etdirəcək”. O, əlavə edib ki, Moskva İrəvanı Qərbə inteqrasiya xəttindən çəkindirmək üçün iqtisadi asılılıqdan və hibrid təsir alətlərindən maksimum dərəcədə istifadə edəcək.

“Ermənistanda 7 iyunda keçiriləcək parlament seçkiləri təkcə ölkədaxili mübarizə deyil, həm də Cənubi Qafqazda xarici güclərin geosiyasi rəqabətinin növbəti mərhələsidir. Rusiyanın əsas məqsədi seçki nəticələrindən asılı olmayaraq, İrəvanı yürüdüyü xarici siyasət kursunu dəyişməyə məcbur etməkdir. Bu məqsədlə Kreml kənd təsərrüfatı məhsullarına məhdudiyyətlər, logistika və enerji sahəsində təzyiq mexanizmlərini işə sala bilər. Moskvanın hədəfi iqtisadi çətinliklər fonunda cəmiyyətdə sosial narazılığı artırmaq və hökumət üzərində daxili təzyiq formalaşdırmaqdır.

Lakin Kremlin narahatlığı yalnız Ermənistanın Qərbə inteqrasiyası ilə məhdudlaşmır. Rusiya üçün digər strateji məsələ Azərbaycan ilə Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanmasıdır. Kreml anlayır ki, Bakı ilə İrəvan arasında davamlı sülhün əldə olunması və regional kommunikasiyaların açılması Rusiyanın Cənubi Qafqazdakı təsir rıçaqlarını ciddi şəkildə zəiflədəcək. Buna görə də, Moskva regionda qeyri-müəyyənliyin və idarə olunan gərginliyin qorunub saxlanılmasında maraqlıdır”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05