Rusiyanın “Şimal axını-1” PLANI: “Kəmərin bu həftə yenidən işə salınması...” -
Avropa İttifaqı (Aİ) Rusiyanın “Şimal axını-1” qaz kəmərinin bu həftə yenidən işə salınacağını gözləmir.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Aİ-nin büdcə naziri Yohannes Xanın açıqlamasında qeyd olunub.
Avropalı nazirin sözlərinə görə, onlar sözügedən qaz kəmərinin yenidən istismara veriləcəyini düşünmürlər:
“Biz kəmərin işə salınacağını gözləmirik. İşlərimizi həmin kəmərin bərpa edilməməsi istiqamətində qurmuşuq. Bu halda müəyyən əlavə tədbirlərin həyata keçirilməsi zəruridir”.
Qeyd olunur ki, Rusiya “Şimal axını-1” layihəsi üzrə qaz kəmərinin yenidən işə salınmasını iyulun 21-nə planlaşdırır.