Yelena Zelenskaya Rusiyaya qarşı daha çox sanksiyalar tələb edib.
Yenicag.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenskinin xanımı Yelena Zelenskaya Ukrayna televiziyasına müsahibəsində deyib.
O bildirib ki, hələ də Rusiyanın təhlükəli olduğunu qiymətləndirməyən ölkələr var:
“Rusiyadan gələn təhlükəni lazımınca qiymətləndirməyən ölkələr var. Onlar Rusiyanın onlardan uzaq olduğunu düşünürlər. Amma elə deyil. Belə güclü terrorçu ilə dünyada heç kim özünü təhlükəsiz hiss edə bilməz. Biz dünyada tam demokratik tarazlığı qorumağa çalışırıq. Ona görə də bizə sanksiyalar lazımdır və biz bu sanksiyalardan yan keçmək imkanını dayandırmalıyıq.
Bəzi dövlətlərin üçüncü dövlətlər vasitəsilə təcavüzkarla ticarətini davam etdirməsi və bu, onların biznesi üçün vacib olduğu üçün bunu məqbul hesab etməsi qıcıq doğurur. Düşünürəm ki, bu, tənqid olunmalı səhv və kritik yanaşmadır”.
Məsimə
www.yenicag.az