Rusiyanın təyyarəsi yandı

media-hightechnic-468x90

1402402155Rusiyanın yeni 5-ci nəsil T-50 qırıcı təyyarəsi Moskva yaxınlığında sınaq uçuşu keçirərkən qəzaya uğrayıb.

Bu barədə RİA Novosti-yə rus hərbi mənbələrindən məlumat daxil olub.

Qəza Ramenskdəki Qromov aerodromunda baş verib.

“Məlumata görə, T-50-nin güc qurğularından birində nasazlıq baş verib və eniş zamanı təyyarədə alışıb. Təyyarə heyəti arasında xəsarət alan yoxdur, yanğın tez bir zamanda söndürülüb”, – deyə məlumatda bildirilib.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, 5-ci nəsil təyyarələrdən olan T-50 rus aviasiyasının ən müasir təyyarələrindən sayılır. Bu qırıcını ABŞ-ın 5-ci nəsil F-22 və F-35-ləri ilə müqayisə edirlər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600