Rusiyaya qarşı yeni hərbi ittifaq yaranır
Litva Ukrayna və Polşa ilə birgə vahid batalyonun yaradılması haqqında saziş imzalamağa hazırdır.
Bu açıqlama ilə Litvanın Xarici İşlər naziri Linas Linkyaviçus Kiyevdə keçirdiyi brifinq zamanı deyib.
O, layihənin əhəmiyyətini yüksək qiymətləndirərək onun uzunmüddətli olacağını qeyd edib:
“Bizim Ukraynadan və Polşadan olan tərəfdaşlarımız hazır olduğu zaman biz bu briqadanın yaradılması barədə sənədə qol çəkməyə hazırıq. Bu layihə taktiki və hərbi baxımından ağır çəkiyə malikdir. Bu, çox əhəmiyyətli uzunmüddətli layihədir”.
Qeyd edək ki, Ukrayna Xarici İşlər naziri də yaxın zamanda bu sənədi imzalayacağını bildirib.