Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Rüşvət alan polis rəisi: “Buraxın gedim xəstə balamın yanına”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin Ələt portunun sabiq rəisi polis pokovniki Fərhad Məmmədxanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində “Caspian Fish” şirkətinin əməkdaşı Gülməmməd Muradov dindirilib.

O bildirib ki, F.Məmmədxanovu su polisində rəis olan vaxtı tanıyıb: “O vaxt müsadirə olunan balıqları bizə təhvil verirdilər. Həmin vaxtdan Fərhad müəllimlə aramızda münasibət yarandı. Bir gün Fərhad mənə dedi ki, bir yaxşı dostu var pul təklif edir, iş qurmaq üçün. Biz razılaşdıq. Biz də rayonda böyük ferma tikdik, işləri qurduq. Sonra bir gün Fərhad gəldi ki, Hacıya pul lazımdır, 50 min düzəldib verdim. Bir müddət keçdi yenə Fərhad Hacıya pul lazım olduğunu deyib, 100 min tapıb verdim. Qohum-əqrabadan yığdım. 2015-ci ildə 80 min dollar götürmüşəm”.

Daha sonr F.Məmmədxanov çıxış edib. O bildirib ki, dövlətə hər zaman sədaqətli olub, 38 il dövlət orqanında çalışıb: “Eldarla dost olmuşam. Ailəli olmuşuq. Hacı adamdır, mən yenə də deyirəm, borcum var. Amma o qədər deyil. Balam ağır xəstədir. Buraxın gedim xəstə balamın yanına. Quran gətirin əl basım ki, borcumu verəcəm. Burda gəlib ifadə verən Hacı yaxşı adamdır”.

Hakim bildirib ki, bura şəriət məhkəməsi deyil.

Daha sonra zərərçəkmiş Eldar Hənifiyev isə bildirib ki, əvvəlcədən borcu olduğunu desəydi mələsə bu yerə çatmazdı: “Onun 5-10 il içəridə yatması mənə heç nə vermir. Məhkəmdən vaxt istəyirəm. Vəkillərlə məsləhətləşim”.

Məhkəmənin növbəti iclası aprelin 25-nə təyin edilib.

Qeyd edək ki, F.Məmmədxanov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub və barəsində həbs qətimkan tədbiri seçilib.

İttihama görə, o, Eldar Hənifəyevi işə düzəltmək adı ilə 185 min manat pulu mənimsəməkdə ttiham olunur. O, həmin məbləğin 35 min manatı zərərçəkmişə qaytarıb.

F.Məmmədxanov Cinayət Məcəlləsinin dələduzluq (178-ci) maddəsi ilə ittiham edilir.

O, həbs edilməmişdən əvvəl DİN orqanlarından çıxarılıb.

www.yenicag.az

1449
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100