Rutte Ukraynaya planlaşdırılmamış səfər etdi

media-hightechnic-468x90

NATO-nun Baş katibi Mark Rutte aprelin 15-də planlaşdırılmamış səfərlə Ukraynaya gedib.

Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski və Ruttenin özü sosial şəbəkələrdə bildiriblər.

Rutte qeyd edib ki, Zelenski ilə birlikdə Odessa şəhərinə səfər edib.

“Ukrayna xalqı çox şey yaşayıb. NATO-nun dəstəyi sarsılmazdır. Biz Ukraynaya kömək etməyə davam edəcəyik ki, bu gün özünü müdafiə edə və gələcək təcavüzün qarşısını ala bilsin, ədalətli və davamlı sülhü təmin etsin”, – o “X”də yazıb.

Eyni zamanda, Zelenski NATO Baş katibi ilə birlikdə ukraynalı hərbçilərin yaralandıqdan sonra bərpa prosesi keçdiyi xəstəxanaya baş çəkdiyi videonu paylaşıb.

“Hərbi həkimləri də mükafatlandırdım. Onlar nəinki hər gün xəstəxanada əsgərlərimizə kömək edir, həm də Xerson, Xarkov və Nikolayev vilayətlərində atəş altında insanların həyatını xilas ediblər”, – Zelenski yazıb./Report/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600