Saakaşvili gənc xanımı özünə müavin təyin etdi
Odessa qubernatoru Mixail Saakaşvili ölkə prezidentinə yeni müavinlərini təqdim edib.
Yenicag.az avropa.info-ya istinadən xəbər verir ki, yeni müavinlər 25 yaşlı Avromaydan fəalı Yuliya Maruşevskaya və 51 yaşlı Əfqanıstan müharibəsi veteranı biznesmen Vladimir Jmakdır. Saakaşvili deyib ki, hər iki müavini iş təcrübəsinə malikdir və nəhayət ki, hakimiyyətə “təmiz və bacarıqlı adamlar” gətirə bilib.
Saakaşvili bu haqda “Facebook” səhifəsində yazıb:
“25 yaşlı Avromaydan fəalı bütün dünyada öz klipləri və televiziya çıxışları ilə məşhurdur. O, Ukraynada azadlığın müdafiəsi uğrunda bütün dünyada mübarizə aparırdı. Keçən il Harvard və Stenford universitetlərində təhsil alıb. Özü isə əslən Odessanın Tatarbunar rayonundandır”
Saakaşvilinin yeni müavini qız sosial şəbəkə istifadəçilərinə “Mən – ukraynalıyam” klipindən tanışdır.
Odessa qubernatorunun ikinci müavini isə Əfqanıstan müharibəsinin qəhrəmanı, Avropada biznesə məxsus Vladimir Jmakdır.
Saakaşvili etiraf edib ki, Vladimir onun köhnə tanışıdır. Bir-birilərini 30 ildir tanıyırlar.