"Saakaşvili Gürcüstana böyük ziyan vurub" - Kobaxidze

media-hightechnic-468x90

“Sabiq prezident Mixeil Saakaşvilinin 2008-ci ildə apardığı hərbi əməliyyatlar ölkənin milli maraqlarına böyük ziyan vurub”.

media-banner_tkm

Yenicag.az xəbər verir ki,  bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

Onun sözlərinə görə, mövcud sənədlər həmin dövrdəki hakimiyyətin müharibəyə başladığını sübut edir.

“Bunlar o zamankı hökumətin müharibəni başladığını və ölkəmizin milli maraqlarına ən ağır zərbə vurduğunu təsdiqləyən danılmaz sübutlardır. Bu, xəyanətdir”,- deyə Kobaxidze ifadə edib.

Baş nazir xatırladıb ki, Avropa Şurasının qətnaməsi və beynəlxalq istintaq komissiyasının keçmiş rəhbəri Haydi Talyavinin rəyinə əsasən, 2008-ci ilin avqustunda gürcü hərbçiləri Tsxinval şəhərinə artilleriya atəşi açıblar.

Onun sözlərinə görə, Saakaşvili rejiminin hərəkətləri nəticəsində 400-dən çox insan həyatını itirib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05