Saakaşvilinin israrı

media-hightechnic-468x90

Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili Ukraynaya qayıtmaqda israrlıdır.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, Gürcüstanın sabiq prezidenti bu barədə şəxsi “facebook” hesabında paylaşım edib.

“Sentyabrın 10-da Ukraynaya qayıdacam. Çoxları mənə bunu məsləhət görmür. Bir neçə Avropa ölkəsi mənə vətəndaşlıq verməyi təklif ediblər. Ancaq yadımdadır ki, oliqarx İvanişvili də hakimiyyəti dövründə mənim barəmdə cinayət işi qaldırmışdı ki, Gürcüstanda siyasətlə məşğul ola bilməyim. Eynilə Poroşenko da belə fərman verib və məni Gürcüstana qaytarmaqla təhdid edir. Ukrayna-Polşa sərhədində görüşənədək”, – deyə Saakaşvili yazıb.

Qeyd edək ki, Ukraynanın Miqrasiya Xidməti prezident Petr Poroşenko Saakaşvilinin vətəndaşlığdan məhrum edilməsi barədə fərman imzalayıb.

Yenicag.az

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05