Sabah 13 dərəcə isti olacaq

media-hightechnic-468x90

67cf7b7a03395bc270dd2ec5ed6b6db4Martın 1-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.

Yenicag.az apa-ya istinadən bildirir ki, cənub küləyi günün ikinci yarısında şimal küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 3-5, gündüz 8-12 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət gecə 75-80, gündüz 60-65 faiz təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, əsasən şimal və qərb rayonlarında havanın yağıntılı keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti olacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600