Sabah 26 dərəcə isti olacaq- Hava proqnozu

media-hightechnic-468x90

3816833_7Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

media-banner_tkm

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 15-20, bəzi yerlərdə 23 dərəcə isti olacaq. Bakıda gecə 7-9, gündüz 18-20 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Lakin axşam bəzi yerlərdə şimşək çağacağı, yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 7-12, gündüz 18-23, bəzi yerlərdə 26 dərəcə isti olacaq. Dağlarda gecə 0-5 dərəcə isti, gündüz 11-16, bəzi yerlərdə 19 dərəcə isti olacaq.

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05