Sabah Bakıda güclü külək əsəcək, yağış yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə əlaqədar xəbərdarlıq yayıb.

Milli Hidrometeorologiya Departamentindən Yenicag.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 2-də şimal-qərb küləyinin güclənəcəyi, arabir yağış yağacağı gözlənilir.

Havanın temperaturu ötən günlə müqayisədə 4-6 dərəcə enəcək.