Sabah bəzi ərazilərdə qaz olmayacaq
Sabah saat 09:00-dan Abşeron rayonunun bir hissəsində qaz təchizatı dayandırılacaq.
Yenicag.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, buna səbəb “Qaradağ-Sumqayıt” yüksəktəzyiqli magistral qaz kəmərində görüləcək təmir-bərpa işləridir.
“Qaz təchizatı dayandırılan müddətdə Xırdalan şəhərinin Yoncalıq və Quşçuluq massivlərinin, İlham Cəfərov küçəsinin, 26-cı məhəllənin, Müşfiqabad, Pirəkəşkül, Ceyranbatan, Saray, Aşağı Güzdək, Hökməli qəsəbələrinin, Qobu qəsəbəsinin bir hissəsinin, Qobustan və Çaylı kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq”, – məlumatda qeyd olunub.