Sabah bəzi yerlərdə qaz olmayacaq

media-hightechnic-468x90

5090Yenicag.az xəbər verir ki, sabah Azərbaycanın bəzi yaşayış məntəqələrinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Azərbaycan Dövlət Neft Şirkətindən verilən məlumata görə, fevralın 11-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Magistral Qaz Kəmərləri sahələrinin bəzi qazpaylama stansiyalarında, qazpaylama məntəqələrində və ölçü qovşaqlarında təmir işləri aparılacaq.

Təmir müddətində Bakı şəhərinin Kürdaxanı, Pirşağı, Bilgəh, eləcə də Bərdə rayonunun Cəyirli yaşayış məntəqələrinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Bərdə şəhərinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

(apa.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600