Sabah Biləsuvarın bu kəndlərində qaz olmayacaq

media-hightechnic-468x90

Sabah Biləsuvar rayonunun 3 kəndində qaz təchizatının müvəqqəti dayandırılması planlaşdırılır.

Bu barədə Yenicag.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Bildirilib ki, qaz təchizatının dayandırılmasına səbəb rayonun Dərvişli kəndində yerləşən tam orta məktəbin təbii qazla təmin edilməsidir.

Aparılacaq təmir işlər səbəbindən saat 09:30-dan etibarən, işlər tamamlananadək Amankənd, Dərvişli və Aşağı Cürəli kəndləri üzrə ümumilikdə 1 600 abonentin qaz təchizatının müvəqqəti olaraq dayandırılacaq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa