Sabah bu küçələr bağlanacaq

media-hightechnic-468x90
prospekt_geydara_alieva_44Sabah paytaxtın bəzi küçə və prospektləri bağlı olacaq.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, bu gün axşam saat 23:00-dən etibarən təmir işləri ilə bağlı Heydər Əliyev prospektinin Həsənoğlu küçəsi ilə kəsişməsindən şəhər istiqamətinə, eyni zamanda Xətai prospektinin Yusif Səfərov küçəsinə çıxışı nəqliyyatın hərəkəti üçün bağlı olacaq.

Martın 26-ı səhər saat 07:00-dan etibarən isə təmir işləri ilə bağlı Şəmsi Bədəlbəyli küçəsinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinədək olan hissəsi nəqliyyatın hərəkəti üçün bağlı olacaq.

Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa