Sumqayıtda 38 500 abonentin qaz təchizatında fasilə yaranacaq.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsindən məlumat verilib.
Bildirilib ki, Sumqayıt şəhəri “Şəhər-4” təzyiqli qaz kəmərində “Təmiz Qaz” QSC tərəfindən aşkarlanmış qaz sızmalarının aradan qaldırılması və diametri 200 mm olan RDUK baypas xətlərinin 108 mm-likdən 159 mm-lik boru ilə əvəzlənməsi əlaqədar olaraq fevralın 28-də saat 10:00-dan etibarən işlər yekunlaşana qədər Sumqayıt şəhərinin Corat bağları, Novxanı bağları, Saray bağları, Ceyranbatan, Yaşıl dərə yaşayış massivi, Qurd dərəsi, Novruz qəsəbəsi, Təzə və köhnə Corat, 10, 11, 12, 13, 16, 17, 18, 20, 21-ci mikrorayonlar, 47, 48, 49, 50, 51, 52-ci məhəllə ərazilərinin 38 500 sayda əhali abonentinin qaz təminatında məhdudiyyətlər yaranacaq.
www.yenicag.az