Sabah hava küləkli olacaq

media-hightechnic-468x90

f-673Sabah axşamdan başlayaraq Bakıda və Abşeron yarımadasında mülayim şimal küləyi üstünlük təşkil etməyə başlayacaq. Sentyabrın 10-11-də də Bakıda və Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü müşahidə ediləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sentyabrın 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək, axşama doğru mülayim şimal küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-24, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir.

Sentyabrın 9-da Abşeron yarımadasında gündüz isti temperatur diskomfortu və bəzi saatlarda havada rütubutliliyin bir qədər çox olması meteohəssas insanlar üçün əlverişsiz olacaq. Sentyabrın 10-11-də isə mülayim xəzri küləyinin üstünlüyü müsbət amil olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 26-31 dərəcə isti olacaq(aktual).

media-ziraat-728x90

Sabah hava küləkli olacaq

media-hightechnic-468x90

ıSabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-qərb küləyinin güclənəcəyi ehtimal olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, havanın temperaturunun gecə 11-16, günün birinci yarısında 25 dərəcəyədək isti, günün ikinci yarısında 15-20 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraitinin gün ərzində yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 13-17, gündüz 27-32, dağlarda gecə 7-12, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir(teleqraf.com).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600