Avqustun 4-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Yenicag-az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gecə bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var.
Havanın temperaturu Abşeron yarımadasında gecə 23-26° isti, gündüz 34-39° isti, Bakıda gecə 23-25° isti, gündüz 37-39° isti olacaq.
Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 %, gündüz 35-40 % olacaq.
Abşeron çimərliklərində şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.
Avqustun 04-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-39°, bəzi yerlərdə 41° isti, dağlarda gecə 13-18° isti, gündüz 22-27° isti olacaq.
www.yenicag.az