!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabaha olan hava proqnozu

!Reklam – Yazi

img1761564Azərbaycanda 8 mart – Beynəlxalq Qadınlar Günü ilə əlaqədar qeyri-iş günlərində hava qeyri-sabit, küləkli, yağıntılı olacaq, temperatur bir neçə dərəcə enəcək. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında martın 8-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Axşam bəzi yerlərdə zəif duman müşahidə ediləcək. Axşama doğru bəzi yerlərdə yağıntılı olacaq. Şimal-qərb küləyi güclənəcək.

Paytaxtda və Abşeron yarımadasında martın 8-də havanın temperaturu gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq.

Martın 9-da da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağıntılı olacaq, axşama doğru kəsiləcək. Şimal küləyi gündüz mülayimləşəcək.

Bakıda və Abşeron yarımadasında martın 9-da havanın temperaturu gecə 1-3, gündüz 6-8 dərəcə isti olacaq.

Martın 10-dan hava şəraiti sabitləşəcək, temperatur yüksələcək.

www.yenicag.az

414
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv