“Sabah”dan yeni transfer – FOTO

media-hightechnic-468x90

“Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Yenicag.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi ukraynalı yarımmüdafiəçi Dmitro Klotsu heyətinə qatıb.

24 yaşlı oyunçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. O, “Sabah”da 48 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, 2020-ci ildə “Keşlə”də oynayan Dmitro Klots 2014 – 2020-ci illərdə ölkəsində “Karpatı” (Lvov) komandasının şərəfini qoruyub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa