Sabahın hava proqnozu açıqlandı

media-hightechnic-468x90

Bakıda və Abşeron yarımadasında fevralın 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək, axşam şimal küləyi ilə əvəz olunacaq.

media-banner_tuq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Yenicag.az-a verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 1-4, gündüz 7-10, Bakıda gecə 2-4, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 15-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05