Sabiq Baş nazir “Əgər Türkiyə Aİ üzvü olsaydı, indiki müharibələr olmazdı”

media-hightechnic-468x90

İspaniyanın sabiq Baş naziri Xose Luis Rodriqez Zapatero Türkiyənin Avropa Birliyinə (Aİ) üzv olmasının müasir münaqişələrin qarşısını ala biləcəyini bildirib.

Yenicag.az xəbər verir ki, Zapatero bu fikirləri Türkiyə Prezident Administrasiyasının təşkil etdiyi “Daha ədalətli dünya mümkündür” adlı panelin açılış nitqində Madriddə səsləndirib.

Sabiq nazir vurğulayıb ki, 2005-2006-cı illərdə Türkiyənin Aİ-ə qəbul olunması zəruri idi və bu addımın atılmaması ciddi səhv olmuşdur:

“Əgər Türkiyə Aİ üzvü olsaydı, indiki müharibələr yaşanmazdı. Rusiya Ukraynaya savaş aça bilməzdi, İsrail isə Qəzzaya hücum edə bilməzdi. Türkiyənin Aİ üzvlüyü həm keçmişdə, həm indi, həm də gələcəkdə açar əhəmiyyət daşıyır”.

Zapatero, həmçinin bildirib ki, Rusiyanın işğalına qarşı Ukraynanın ən böyük ümid və təminatı Avropa Birliyidir:

“Aİ siyasi sülh qurumu olaraq, hərbi güc tətbiq etmədən genişlənən yeganə təşkilatdır. Türkiyənin Aİ-ə daxil olması bloku daha da gücləndirəcək və tarixi bir siyasi vizyona sahib olmasına səbəb olacaq”.

Sabiq baş nazir İsrailin Qəzzada apardığı hərəkətləri də sərt tənqid edib:

“İsrailin Qəzzada törətdiyi soyqırımı qəbul etmək mümkün deyil. Yahudi soyqırımı dünya tarixini dəyişdirdi, Qəzzadakı hadisələr də dünya tarixində iz qoyacaq, sadəcə vaxt məsələsidir.”

Zapatero Qəzzadakı zorakılığın dayandırılması zərurətini vurğulayıb və İspaniya hökumətinin Fələstin Dövlətini rəsmi tanımasını, İsrailin hərəkətlərinə qarşı çıxmasını və BMT-də Qəzza üçün atəşkəs qərarına dəstək verməsini müsbət addım kimi qiymətləndirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600