!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabiq deputatın oğlu döyüldü

!Reklam – Yazi

84123Müsavat Partiyası sabiq deputat İktam İsrafilin oğlu ilə bağlı bəyanat yayıb.

Müsavat Partiyasının fəal üzvlərinə qarşı həbs təhlükəsi, təqib və təhdidlər davam etməkdədir. Müsavat Partiyasının başqan müavinləri Tofiq Yaqublu, Yadigar Sadiqov, Fərəc Kərimli və Sirac Kərimli qardaslarının qanunsuz həbsindən sonra, indi də partiyanın mətbuat xidmətinin əməkdaşı, gənc fəal İsrayıl İsrafilə və ailəsinə qarşı təhdidlər davam etməkdədir. İsrayıl İsrafil Müsavat Partiyasında və sosial şəbəkələrdəki aktiv fəaliyyətinə, 2013-cü il Prezident seçkilərində Cəmil Həsənlinin təbliğatındakı fəallıgına görə dəfələrlə təqib və təhdid olunub.

Partiya bildirir ki, son olaraq “N!DA”çı gənclərin məhkəməsindəki etiraz aksiyasında saxlanılaraq Nəsimi rayon Polis İdarəsinə aparılıb, təhqir olunub və döyülüb, siyasi fəaliyyətindən əl çəkməyəcəyi təqdirdə həbs olunacağı barədə təhdid edilib. İsrayıl İsrafil müsavatçı olduğuna görə oxuduğu universitetdə də təqib olunub, imtahana buraxılmayıb. Bu gün də İ.İsrafilə qarşı təqib və təhlükə davam etməkdədir.

Müsavat Partiyası gənc fəal İsrayıl İsrafilə qarşı təqiblərə son qoyulmasını tələb edib.

İ.İsrafil Müsavat Partiyası Məclisinin və Divanının üzvü, sabiq millət vəkili İkram İsrafilin oğludur.

www.yenicag.az

584
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv