Sabiq prezidentə edam hökmü çıxarıldı

media-hightechnic-468x90

Pakistanın xüsusi məhkəməsi ölkənin sabiq prezidenti Pərviz Müşərrəf haqqında edam hökmü çıxarıb.

media-banner_tuq

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, Hökm Pişəvər Ali Məhkəməsinin rəhbəri Vakar Əhməd Sethin sədrliyi ilə üç hakimdən ibarət hakimlər kollegiyası tərəfindən verilib.

“Pərviz Müşərrəf Pakistan Konstitusiyasının 6-cı maddəsinə uyğun olaraq təqsirli bilinib”, – Vakar Əhməd Seth məhkəmə iclasında deyib.

Sabiq prezidentə qarşı irəli sürülən ittihamlar onun 2007-ci ildə Konstitusiyanın bəzi maddələrini dayandırması və fövqəladə vəziyyət rejimi tətbiq etməsi ilə əlaqədardır.

General Müşərrəf 2001-2008-ci illərdə Pakistan prezidenti olub.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05