İranda 2 nəfər edam olunub

media-hightechnic-468x90

İranda MOSSAD-la əlaqəli iki nəfər edam edilib.

media-banner_tkm

Yenicag.az APA-nın Tehran bürosunun məlumatına istinadən xəbər verir ki, edam olunan şəxslərin ötən ilin iyun ayında İran və İsrail arasında baş vermiş qarşıdurma zamanı MOSSAD-la əməkdaşlıq etdikləri bildirilib.

Məlumata əsasən, onlar ölkəyə aid həssas məlumatları MOSSAD əməkdaşlarına ötürməkdə ittiham olunublar.

Həmçinin qeyd olunub ki, təqsirləndirilən şəxslər partlayış səslərinin yaradılması, MOSSAD-ın göstərişləri əsasında müxtəlif fəaliyyətlərin həyata keçirilməsi, hərbi obyektlərin görüntülənməsi, təhlükəsizlik qurumlarına yalan məlumatların verilməsi, müxtəlif məkanların ünvanlarının və mühüm dövlət şəxsləri barədə məlumatların toplanaraq ötürülməsi kimi əməllərdə günahlandırılıblar.

Bildirilib ki, təqsirləndirilən şəxslər barəsində çıxarılan hökm bütün məhkəmə mərhələlərindən keçdikdən və Ali Məhkəmə tərəfindən təsdiqləndikdən sonra bu gün səhər saatlarında icra olunub.

 

 

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05